
Akkreditasiya
Scandinavian Certification AS aşağıdakı beynəlxalq standartlar üzrə sertifikatlaşdırma xidmətləri üçün akkreditasiyaya malikdir:
- ISO 9001, ISO 14001, ISO 22000, ISO 27001, ISO 39001, ISO 45001
Akkreditasiya nömrəmiz: MSYS019 Bəzi standartlar üzrə əlavə spesifik detallar mövcuddur.
Ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Akkreditə olunmuş xidmətlərimiz Norveç Akkreditasiya Orqanı (Norwegian Accreditation) tərəfindən təsdiqlənmişdir.
Norwegian Accreditation — Norveçin milli texniki akkreditasiya orqanıdır və Norveç Ticarət və Balıqçılıq Nazirliyitərəfindən EEA (Avropa İqtisadi Bölgəsi) çərçivəsində Azad Mal Dövriyyəsi Qanunu (EU Tənzimləməsi 765/2008) əsasında inzibati qurum kimi təsis olunmuşdur.
Akkreditasiya – xidmətlərin beynəlxalq standartlara uyğun şəkildə həyata keçirildiyini rəsmi şəkildə təsdiqləyən prosesdir. Akkreditasiya — bir şirkətin kompetensiyası, dürüstlüyü və müstəqilliyinin qərəzsiz üçüncü tərəf tərəfindən qiymətləndirilməsidir.
Akkreditə olunmuş təşkilat olaraq biz:
Qüvvədə olan beynəlxalq standartlara və normativ tələblərə tam uyğun fəaliyyət göstərdiyimizi nümayiş etdiririk.
Bu uyğunluq, müstəqil 3-cü tərəf orqan tərəfindən rəsmi şəkildə təsdiqlənmişdir.
EEA (Avropa İqtisadi Bölgəsi-AİB) daxilində tanınma
EEA Goods Act — Norveç qanunudur və Avropa İttifaqının 764/2008 və 765/2008 saylı tənzimləmələrini Norveç qanunvericiliyinin bir hissəsinə çevirir. Bu tənzimləmələr:
Bir ölkədə qanuni olaraq bazara çıxarılan malların digər Aİ və AİB üzv ölkələrində də bazara çıxarılmasına mane olmamağı təmin edir və eyni zamanda malların təsdiqlənməsi ilə bağlı yerli tələblərin azad ticarəti məhdudlaşdırmasının qarşısını alır.
Bu tənzimləmələr Norveç Akkreditasiya Orqanı tərəfindən akkreditə olunmuş xidmətlərin AİB (EEA) məkanında rəsmi şəkildə tanınmasını təmin edir.
Qlobal tanınma
Norwegian Accreditation (Norveç Akkreditasiya Orqanı), Avropa və beynəlxalq akkreditasiya əməkdaşlıqlarında aktiv iştirak edir və beynəlxalq qarşılıqlı tanınma razılaşmalarına imza atmışdır.
Bu, o deməkdir ki:
Norveçdə akkreditə olunmuş şirkətlər tərəfindən təqdim edilən sertifikat və hesabatlar beynəlxalq səviyyədə tanınır və qəbul edilir, və eyni zamanda Norveç Akkreditasiya Orqanı, IAF (Beynəlxalq Akkreditasiya Forumu) və EA (Avropa Akkreditasiya Təşkilatı)-nın üzvüdür və bu qurumların qarşılıqlı tanınma razılaşmalarını imzalamışdır.
Ətraflı məlumat üçün aşağıdakı keçidlərə baxa bilərsiniz: www.akkreditert.no
vəya https://www.iafcertsearch.org/certification-body/56e8a77a-0049-5e5d-a422-4c8fffb91d22