
ISO 22000

ISO 22000:2018 standartı qida təhlükəsizliyi idarəetmə sistemi (QTİS) üçün tələbləri müəyyən edir və təşkilatın öz qida təhlükəsizliyi sistemini qurması üçün əsas çərçivə təqdim edir.
Bu standartda qeyd olunan bütün tələblər ümumi xarakter daşıyır və təşkilatın ölçüsündən və mürəkkəbliyindən asılı olmayaraq, tədarük zəncirinin bütün iştirakçılarına şamil edilir.
ISO 22000 standartına uyğun idarəetmə sisteminin tətbiqi təşkilatınıza həm daxili, həm də xarici təsir göstərə bilər. Bunlara aşağıdakılar daxildir:
Daxili Təsirlər:
- Təhlükəsiz məhsul və xidmətlər
- Qanuni tələblərə uyğunluq
- Qida Təhlükəsizliyi Siyasətinə əməl edilməsi
Xarici Təsirlər:
- Qida təhlükəsizliyi məsələləri üzrə effektiv ünsiyyət
- Maraqlı tərəflərin tələblərinə uyğunluğun təmin edilməsi
- Bazara çıxış imkanlarının genişlənməsi
- Məmnun müştərilər
ISO 22000 standartı, müəssisənin fəaliyyət göstərdiyi sənaye növündən asılı olaraq, aşağıdakı beş texniki standartla tamamlanır:
- ISO/TS 22002-1 – Qida istehsalı
- ISO/TS 22002-2 – Qidalandırma xidmətləri (katering)
- ISO/TS 22002-3 – Kənd təsərrüfatı
- ISO/TS 22002-4 – Qida qablaşdırması
- ISO/TS 22002-5 – Daşınma və saxlanma