
ISO 37001

ISO 37001:2016 korrupsiyaya qarşı idarəetmə sisteminin yaradılması, tətbiqi, saxlanması, yoxlanılması və təkmilləşdirilməsi üçün tələblər və təlimatlar müəyyən edir. Korrupsiyanın nəticələri xüsusilə cəmiyyətin ən həssas qruplarına daha çox təsir edir. Yayılmış korrupsiya investisiyaların qarşısını alır, iqtisadi inkişafı zəiflədir və hüququn üstünlüyünə zərər vurur.
Korrupsiyaya qarşı idarəetmə sistemi müstəqil ola bilər və ya keyfiyyət kimi ümumi idarəetmə sisteminə daxil edilə bilər.
ISO 37001 standartı təşkilatın fəaliyyətləri ilə bağlı aşağıdakıları əhatə edir:
- Dövlət, özəl və qeyri-kommersiya təşkilatlarında korrupsiya
- Təşkilatın özündən gələn korrupsiya
- Təşkilatın işçiləri və ya biznes tərəfdaşları tərəfindən təşkilat adından və ya xeyrinə həyata keçirilən korrupsiya
- Təşkilatın fəaliyyəti ilə bağlı işçilərin və ya biznis əlaqələrinin korrupsiyası
- Dolayı korrupsiya (məsələn, üçüncü şəxs vasitəsilə təklif edilən və ya qəbul edilən rüşvət)
- ISO 37001 yalnız korrupsiyaya aiddir. Təşkilatın korrupsiyanın qarşısını almaq, aşkar etmək və ona cavab vermək, həmçinin korrupsiyaya qarşı qanunlara və könüllü öhdəliklərə riayət etmək üçün nəzərdə tutulmuş idarəetmə sisteminin tələblərini və təlimatlarını müəyyən edir.
Təşkilat sənayeyə uyğun fəaliyyətləri daxil etmək üçün idarəetmə sisteminin əhatə dairəsini genişləndirə bilər.
ISO 37001 standartına uyğun idarəetmə sisteminin tətbiqinin təşkilatınıza daxili və xarici təsirləri ola bilər. Nümunələr:
Daxili təsirlər:
Korrupsiyanın qarşısının alınması
Rəhbərlik və işçilər arasında şüurun artması
Korrupsiyaya qarşı mübarizədə strukturlaşdırılmış yanaşma
Saxtakarlıq riskinin azalması
Xarici təsirlər:
Nüfuzun artması
Rəqabət üstünlüyü
Qanun və qaydalara uyğunluq
İnvestisiya cəlbediciliyinin artması
Dayanıqlı biznes təcrübələri